Azərbaycanda artıq iki yeni penitensiar müəssisə tikilərək istifadəyə verilib. Onlardan biri Bakıda, biri isə Naxçıvanda inşa olunub. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. O bildirib ki, Şəkidə inşa olunan cəzaçəkmə müəssisəsinin tikinti işləri artıq başa çatıb və hazırda orada heyətin formalaşdırılması prosesi aparılır."Yeni tikilən cəzaçəkmə müəssisələrindəki şərait Avropa standartlarına uyğun olacaq. Azərbaycanda daha 6 cəzaçəkmə müəssisəsi tikilir. Hər il Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilərək istifadəyə verilir. Bu yaxınlarda İtaliyada keçirilən Avropa ölkələrinin penitensiar xidmətləri rəhbərlərinin müşavirəsində də Azərbaycanın bu işləri yüksək səviyyədə qeyd edilib".
Cəzaçəkmə müəssisələrinə narkotiklərin keçirilməsi haqqında da danışan xidmət rəisi bütün ölkələrdə bu problemin mövcud olduğunu qeyd edib: "Bu gün ölkədə həbs olunanların ¼-i narkotikə görə saxlanılanlardır. Onlar narkotik istifadəçiləri olduğuna görə çalışırlar ki, tutulduqları müddətdə narkotikləri həbsxanalara keçirsinlər. Amma bizi narahat edən məsələ budur ki, saxlanılanların yaxınları, qohumları narkotik vasitələri həbsxanalara keçirməyə cəhd göstərirlər. Biz bu mənbələrin aşkarlanması və qarşısını almaq üçün məsələni Daxili İşlər Nazirliyi və istintaq orqanları ilə birgə araşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB