Rasim Nəbiyev: "Azərbaycan xarici investorlar üçün cazibədar ölkədir"

Rasim Nəbiyev: "Azərbaycan xarici investorlar üçün cazibədar ölkədir"

Ulu öndərimiz Heydər Əliyevin xalqımız qarşısında xidmətləri hədsizdir. Bu sözləri Azərbaycan İctimai Siyasi Universitetin rektoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev SİA-ya Heydər Əliyevin anım günü münasibəti ilə verdiyi müsahibəsində deyib.

- Dekabrn 12 -si Ümumilli lider Heydər Əliyevin anım günüdür. Ulu öndərin Azərbaycan tarixində rolu və ölkəmizin inkişafı və tərəqqisində rolu nələrdən ibarətdir?

- Müstəqilliyimizin bərpasının ilk illərində hakimiyyətə idarəetmə və dövlətçilik təcrübəsi qabiliyyəti olmayan insanların gəlməsi və bu insanlarda şəxsi maraqların milli mənafelərdən üstün tutulması Azərbaycan iqtisadiyyatını demək olar ki, məhv etmişdi. İqtisadiyyatımıza nəzər yetirsək , görərik ki, məhv olmuş iqtisadiyyatla yanaşı sahə və sferaları arasında inteqrativ və funksional əlaqələr tamamilə kəsilmişdi. İqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin şəkildə genişlənməsi prosesi gedirdi. Bir sözlə Azərbaycan sistemsizlik böhranının bütün məziyyətlərini özündə ehtiva etmişdi. O dövrdə Azərbaycan özünün iqtisadi və siyasi quruluşunu dəyişir, ictimai həyatın bütün sahələrində islahatlar aparır və bütün bu əsaslı dəyişiklilər müharibə şəraitində aparıldığından ölkəmiz analoqu olmayan dövrə qədəm qoymuşdu. Belə bir dövrdə Azərbaycan əlbəttə ki, dünya təcrübəsinə baxaraq bazar iqtisadiyyatının elə bir formasını seçməli idi ki, bu Azərbaycanın iqtisadi inkişaf səviyyəsinə uyğun gəlsin. Bir iqtisadi sistemdən digərinə keçib ilk növbədə iqtisadi inkişaf modelinin və iqtisadi konsepsiyanın olmasını zəruri edirdi. O zaman dünya təcrübəsində mövcud olan bazar iqtisadiyyatı formalarının heç biri Azərbaycan iqtisadiyyatına uyğun gəlmirdi. Nə liberal bazar iqtisadiyyatı olan "Amerikan modeli", nə sosial-demokrat modeli olan "İsveç modeli", nə də ki, bazar iqtisadiyyatının sosial yönümü olan "Alman modeli" Azərbaycan iqtisadiyyatına düz gəlmirdi. Bütün modellər inkişaf etmiş ölkələr üçün nəzərdə tutulduğundan bunları Azərbaycan iqtisadiyyatına tətbiq etmək qeyri-mümkün idi. Belə bir dövrdə ölkəyə elə bir şəxsiyyət lazım idi. Həmin şəxsiyyət zəngin dövlətçilik təcrübəsinə malik olsun. O dövrdə bütün xalqın təkidli tələbi ilə ulu öndərin hakimiyyətə gəlməsi, onun sarsılmaz qətiyyəti, cəsarəti, atdığı mühüm diplomatik addımlar, yeritdiyi böyük siayasət nəticəsində Azərbaycan qısa müddətdə siyasi və iqtisadi böhrandan çıxdı. İlk növbədə vətəndaş müharibəsinin qarşısı alındı. Atəşkəsə nail olundu. 1994-cü ilin oktyabrnda və 1995-ci ilin mart ayında iki dəfə dövlət çevrilişinə cəhdin qarşısı alındı. Beləliklə, Azərbaycan qısa müddətdə siyasi böhrandan çıxdı. O dövrdə Azərbaycan dərin iqtisadi böhran keçirirdi. 1994-cü ilin 20 sentyabrnda "Əsrin Müqaviləsi" nin imzalanması ilə Xəzər hövzəsinin zəngin karbo-hidrogen ehtiyyatlarının hasilatı və onların dünya bazarlarına çıxarılması üçün mühüm addımlar aparıldı. Deyərdim ki, 1994-cü ilin sentyabrn 20-dən Azərbaycanın Avropa Şurasına daxil olduğu 2001-ci ilin 25 yanvarınadək dünyanın 15 ölkəsinin 30 şirkəti ilə 23 beynəlxalq müqavilə imzalandı. Bu müqavilələrin əsasında Azərbaycan iqtisadiyyatına 11.4 milyard dollar investisiya qoyuldu. 6 il ərzində belə bir investisiyanın qoyulması və onların tərkibinə baxsaq 11.4 milyard dolların 8.3 milyard dolları xarici, 3.1milyard dolları isə daxili investisiya idi. Həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycana böyük miqdarda investisiya axını baş verdi. O dövrdə yeni qanunların qəbul edilməsinin özü xarici investorların sayını artdı. Beləliklə, də onlar anladılar ki, yatırdıqları investisiya batmayacaq.

- Ulu öndərin müəyyənləşdirdiyi müasir Azərbaycan strategiyasının bu gün və gələcək üçün əhəmiyyəti nədir?

- O dövrdə ulu öndər xarici mətbuata verdiyi müsahibəsində deyirdi ki, Azərbaycana investisiya qoyan xarici investorlarda şəxsi maraq daha çox olacaq. Ancaq biz elə etməliyik ki, bizim milli maraqlarımız onlar üçün şəxsi maraqlardan üstün olsun. Bağlanan müqavilələr nəticəsində Azərbaycana gələn investisiyaların tərkibində xarici investorların qoyduğu investisiyanın çəkisi daha çoxdur. Azərbaycan 2009-cu ildə keçid dövrünü başa vurdu. inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövrünün son ilində 9.3 milyard dollar investisiya qoyulmuşdu. Qoyulan investisiyanın 7.3 milyard doları daxili investisiya idi. Göründüyü kimi qısa müddətdə qoyulan investisiyaların həcmi artdı. Eyni zamanda qoyulan investisiyaların tərkibində daxili investisiyaların xüsusi çəkisinin artması Azərbaycanın iqtisadi cəhətdən qüdrətləndiyinin göstəricisi idi. Bütün bunlar göstərir ki, Azərbaycan xarici investorlar üçün cazibədar ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə