Mübariz Qurbanlı: "Rusiyanın Qəbələ RLS-dən imtina etməsi öz işidir"
"Rusiyanın Qəbələ radiolokasiya stansiyasından (RLS) imtina etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə və iki ölkə arasındakı hərbi münasibətlərə heç bir mənfi təsir göstərməyəcək". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, müvafiq qərarı Rusiya özü qəbul edib: "Bu qərarı qəbul etməklə Rusiya öz fikrini deyib. Bu, Rusiyanın öz fikridir".
Millət vəkili hesab edir ki, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə yaxşı əlaqələr mövcuddur: "Rusiya bundan sonra da ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB