Bu ölkəmiz üçün çox mühüm bir hadisədir. Azərbaycan təkcə qarşısına hansısa bir məqsəd qoymayıb ki, beynəlxalq yarışlar, olimpiadalar ölkəmizdə keçirilsin. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycan qarşısına başlıca olaraq ölkənin inkişaf proqramını qoyub və buna da nail olub: "Azərbaycan artıq son illər bir çox beynəlxalq səviyyəli sammitlərə, forumlara, müxtəlif idman yarışlarına, konfranslara, iqtisadi məna kəsb edən böyük tədbirlərə ev sahibliyi edir. Bilirsiniz ki, olimpia oyunlarının özünün standartları var. Bütün bu şərtlər, normaitvlər isə ölkəmizdə layiqincə ödənilir. Bu şərtlərin ən əsası və mühüm cəhəti ondan ibarətdir ki, yarışların keçirildiyi ölkədə sakitlik, stabillik, inkişaf olmalıdır. Digər tərəfdən isə ölkənin inkişaf tempi o tərzdə olmalıdır ki, bu özündə müasirliyi əxz etdirsin".
YAP Siyasi Şurasının üzvü bildirib ki, bu gün Azərbaycan öz standartlarını ortaya qoyub: "Ölkəmiz iqtisadi baxımdan özünün iqtisadi modelini ortaya qoyub. Azərbaycan demokratik dəyərlərə malik ölkə olaraq bu prinsiplərə sadiqlik nümunəsi kimi çıxış edir. Bütün bunlar dövlətimizin iqitsadi və siyasi qələbəsini şərtləndirir. Əldə olunan nailiyyətlərin nəticəsidir ki, ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunları məhz Azərbaycandan start götürəcək. Ölkəmizdə belə bir böyük beynəlxalq yarışın keçirilməsi bizim uğurumuzun məntiqi nəticəsidir. Bunu təkcə idman tədbiri kimi qiymətləndirmək olmaz. Olimpiya özündə daha yüksək fikirləri əxz etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB