Xalqa, millətə ümummilli liderin dövlətinin möhkəm olmasından böyük bir töhvə yoxdur. Ümumilikdə dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bütün bunlar və əldə olunan nailiyyətlər Heydər Əliyevin Azərbaycan xalqına verdiyi önəmdən, qiymətdən irəli gəlir. Zaman keçdikcə Azərbaycan xalqı dahi şəxsiyyətə olan böyük hörmətini, inamını, məhəbbətini daha böyük tərzdə bildirir. Bu gün Azərbaycan və Heydər Əliyev məhfumları eyni tərzdə səslənir. Böyük öndərimizin bütün fəaliyyəti yəni gənclik illərindən tutmuş əbədiyyətə qovuşduğu dövrədək olan müddət onun şüurlu həyatı, varlığı ilə Azərbaycan xalqına sərf olunub. Eyni zamanda Heydər Əliyevin bütün fəaliyyəti bəşəriyyət üçün bir nümunədir. Ümummilli liderin dövlətçilik məktəbi, təcrübəsi tamam başqa dünyadan xəbər verir".
A.Hüseynov deyir ki, zaman ötdükcə Heydər Əliyev irsi daha da dərindən öyrəniləcək və dərk ediləcək: "Xüsusilə bir məqamı qeyd etmək istərdim ki, hazırki gənclər dahi şəxsiyyətin irsini çox düzgün şəkildə mənimsəyir və başa düşürlər. Bunun özü sevindirici bir haldır. Çünki o xalqın, millətin gələcəyi və bu gün ki, fəaliyyəti onun gəncləri üçün güzgü rolunu oynayır. Bu gün əldə olunan nailiyyətlər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın əsasındadır. Bu strategiya cənab prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Ümumilikdə götürdükdə isə dahi şəxsiyyətin müəyyənləşdirdiyi iqtisadi və siyasi kurs dövlət baçısı tərəfindən dəqiqliklə həyata keçirilir. Bu bir daha bizdə əminlik yaradır ki, dövlətimizin gələcəyi bundan da yüksəklərdə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB