Hikmət Babaoğlu: "Xalq Heydər Əliyevi daim minnətdarlıqla xatırlayacaq"
Azərbaycanın inkişafı və qüdrətli dövlət olmasının arxasında Heydər Əliyev ideyaları durur. Bunu SİA-ya açıqlamsında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-formal dövlət olmasının əsasında Heydər Əliyev ideyaları durur: "Bu gün bütün Azərbaycan xalqı ulu öndərin anım gününü qeyd edir. Qədirbilən Azərbaycan xalqı daim çiçəklənən, müstəqil dövlət bəxş etdiyi üçün ulu öndərin əziz xatirəsi önündə öz mənəvi borclarını yerinə yetirir. Biz Heydər Əliyevi ümummilli lider kimi xarakterizə edirik. Azərbaycan xalqının hər bir fərdi böyük insanın məzarını sevərək ziyarət etməsi onu göstərir ki, bu ideoloji tezis əbəs deyil. Bunun arxasında Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq formulu dayanır. Hesab edirəm ki, nə qədər Azərbaycan xalqı var Heydər Əliyevin məzarı xalqımız üçün ziyarət yeri olacaqdır. Bu gün mürəkkəb geo-strateji coğrafiyada yerləşən Azərbaycan Respublikasının xarici və daxili, iqtisadi siyasətinin prioritet istiqamətləri ulu öndər tərfindən düzgün müəyyənləşirilib. Bütövlükdə Şərq dünyasında qeyri-sabitliyinin baş verdiyi bir şəraitdə Azərbaycanda mövcud olan iqtisadi və siyasi sabitlik onu göstərir ki, ulu öndərin xalqı qarşısında xidmətləri əvəzsizdir. Buna görə də xalq Heydər Əliyevi daim minnətdarlıq hissi ilə xatırlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB