“Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə səbəb yoxdur”

“Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə səbəb yoxdur”

Əli Əhməov: "RLS-dən imtina məsələsi də dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır"

Azərbaycan Qəbələ RLS-in icarə müddətinin artırılması üçün müəyyən addımlar atıb. Belə olan təqdirdə Rusiyanın Qəbələ RLS-dən imtina etməsi bu ölkənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Partiyanın sədr müavininin sözlərinə görə, icarə müddətinin artırılması Azərbaycan tərəfindən təklif edilib. Rusiya isə sadəcə olaraq bu təklifi qəbul etməyib. Hesab edirəm ki, iki ölkə arasında normal münasibətlər var. RLS-dən imtina məsələsi də dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır. Əgər qarşılıqlı razılaşma əsasında bu qərara gəlinibsə, o zaman bu, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilməz".

Ə.Əhmədov bildirib ki, Azərbaycan tam müstəqil bir dövlətdir. Bütün parametrlərlə öz dövlət müstəqilliyini nümayiş etdirir. Qəbələ RLS-in fəaliyyətinin dayandırılması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmayacaq: "Bizim ölkələrin arasında münasibətləri formalaşdıran və bu münasibətlərin indiki durumda olmasını şərtləndirən çoxlu səbəblər var. İqtisadi, humanitar, mədəni və s. münasibətlər mövcuddur və bütün bunların hamısı iki dövlət tərəfindən qarşılıqlı maraqlar əsasında münasibətlərin formalaşmasını şərtləndirir".

Bütün xəbərlər Facebook səhifəmizdə