“Artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”

“Artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclası açıq elan edən spiker ilk Avropa Olimpia Oyunlarının Azərbaycanda keçirilməsi xalqımızın uğuru adlandırıb və bunu Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi kimi dəyərləndirib.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Bakıda keçrilməsi Azərbaycanın bütün dünyada artan nüfuzunun təzahürüdür: "Artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib".

Ə.Əhmədov qeyd edib ki, 2015-ci ildə ilk dəfə keçiriləcək bu oyunlar ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından, Azərbaycanın Avropada artan nüfuzundan xəbər verir: "Azərbaycan hökuməti 2015-ci ildə bu tədbiri təşkil etməklə Azərbaycanın müasir tarixinin çox şanlı səhifəsini yazacaq. Bütün bunlar Azərbaycanın mənafeyinə xidmət edir".

İcra katibi təəssüflə bildirib ki, bəzi müxalif qüvvələr bu imicə zərbə vurmaq istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə