Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
E.Məmmədyarov Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə qonaqları təbrik edib və demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan danışıb. Nazir eyni zamanda qeyd edib ki, Azərbaycanda internet azadlığının da yüksək səviyyədə təmin olunub.
Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan xarici işlər naziri həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara məlumat verib və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB