"Qəbələ RLS-dən imtina Rusiyanın ziyanınadır"

"Qəbələ RLS-dən imtina Rusiyanın ziyanınadır"

Hesab edirəm ki, ikitərəfli münasibətlərdə anlaşılmazlıq məqamları artmaqdadır. Bunu SİA-ya Prezident Yanınada Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, siyasi elmlər doktoru Elman Nəsirli Rusiya tərəfinin Qəbələ RLS-dən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qəbələ RLS-lə bağlı Rusiyanın danışıqlardan birdəfəlik imtina etməsi bu dövlətin öz işidir: "Müqəddəs yerlər boş qalmır. NATO-nun Avropada raket əleyhinə müdafiə sistemi yaratmaqla bağlı Çikaqo sammitində qəbul etdiyi qərar kontekstində Rusiyanın belə addımlar atması həmin dövlətin əslində ziyanınadır. Belə çıxır ki, Rusiya qarşıdurma kursuna üstünlük vermək niyyətindədir. Xüsusilə Aşqabad görüşündən sonra bu tendensiya yeni məzmun kəsb etməyə başlayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə