Vüqar Rəhimzadə: “Müxalifətdəkilər cılız təfəkkürləri ilə yaşayanlardır”
"Azərbaycanda insan hüquqları çox yüksək səviyyədə qorunur. Müxalifət isə insanların bu hüquqlarını pozmaqla məşğuldur". SİA-ya açıqlamasında bu fikirləri müxafətin bu gün keçirdiyi aksiyaya münasibət bildirən "İki sahil" qəzetinin Baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu siyasəti çox uğurla davam etdirir: "Hesab edirəm ki, hər bir vətəndaşın bu hüquqlardan istifadə etmək imkanları var. Əhalinin bütün təbəqlərinin hüquqlarının yüksək səviyyədə qorunması üçün Azərbaycanda çox mükəmməl qanunvericilik bazası var. Azərbaycanda siyasi sabitliyin mövcud olması, insanların maddi-rihaf halının günbəgün yaxşılaşması, insanların hüquq və azadlıqlarının qorunması, ölkəmizin daha böyük iqtisadi inkişafla irəliləməsi dövlət başçımızın əsas siyasətidir".
V.Rəhimzadənin müxafətin bu gün keçirdiyi icazəsiz aksiyaya münasibəti isə çox sərt oldu: "Radikal və dağıdıcı müxalifətin məhz insan hüquqları günündə keçirdiyi aksiya ölkəmizdə mövcud olan münbit şəraitdən sui-istifadə etmək məqsədi daşıyır. Müxalifətin heç bir sosial bazası yoxdur. Bu düşərgədə təmsil olunanlar şəxsi maraqlarını daim dövlətin, xalqın mənafeyindən üstün tutan, öz cılız təfəkkürləri ilə yaşayanlardır. Onlar şəhərin gur yerində icazəsiz aksiya keçirməklə insanların haqqını tapdalayırlar, vətəndaşların yaşamaq, istirahət etmək haqqına hörmətsizlik edirlər. Onların bu addımı qanunların pozulmasından başqa bir şey deyil. Hesab edirəm ki, dağıdıcıların cavabları qanun çərçivəsində verilməlidir. Qanun yol vermirsə, deməli aksiyanın keçirilməsi qanunsuzluqdur. Qanundan kənar bütün addımların qarşısı alınmalıdır. Müxalifətdəkilər həmin insanlardılar ki, 90-cı illərin əvvələrində azərbaycanlıların başına olmazın müsibətlərin gətirdilər, millətimizə hər gün faciələr yaşatdılar, müstəqil Azərbaycanı məhv olmaq təhlükəsi qarşısında qoymuşdular. Ona görə də hər bir azərbaycanlı onlara nifrətlə yanaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB