Məlahət İbrahimqızı: "Azərbaycan insan hüquq və azadlıqlarının aliliyinə sadiq dövlətdir"

Məlahət İbrahimqızı: "Azərbaycan insan hüquq və azadlıqlarının aliliyinə sadiq dövlətdir"

İnsan hüquq və azadlıqları ilə bağlı Azərbaycan Respublikasında Konistitusiyadan başlayaraq hüquqi normativ sənədlər qəbul olunub. Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkilinin sözlərinə görə, İnsan hüquq və azadlıqlarının qorunmasına dair sənədləri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il 12 noyabrda qəbul olunmuş Konistitusiya və ondan sonra edilmiş dəyişikliklərdən də görmək olar. "Konistitusiyamızın əksər hissəsi insan hüquq və azadlıqlarına həsr olunub. Konistitusiyanın tələblərindən irəli gələrək Milli Məclisdə bir sıra qanunlar qəbul olunub. Bu məsələlərlə maşğul olan Ombudsman inistitutu yaradılıb. Bütün bunlar göstərir ki, Azərbaycan demokratik, hüquqi və insan hüquq və azadlıqlarının aliliyinə sadiq dövlətdir".

M.İbrahimqızının sözlərinə görə, bu məsələlərlə bağlı olaraq xarici dövlət və təşkilatlar tərəfindən ölkəmizə bir sıra təzyiqlər olunur: "Ancaq dünyanın hər yerində belə hallara rast gəlinir. Hətta dünyada insan hüququ və azdlıqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə belə hallara rast gəlinir. Demokratiya carçısı olan ölkələrin əksəriyyətində dini və irqi ayrıseçkilik mövcuddur. Bütün bunalar insan hüququ və azadlıqlarının pozulmasını göstərən faktlardır. Hesab edirəm ki, Azərbaycan apardığı siyasətlə dünyanın demokratik baxımdan inkişaf etmiş ölkələrindəndir".

Müxalifətin icazəsiz aksiyalarına da münasibət bildirən millət vəkili deyib ki, onların aksiya keçirmək istəməsinin özü belə ölkəmizdə söz və insan hüquqlarının qorunmasına dəlalət edir: "Azərbaycanda hər bir tədbir qanun çərçivəsində həyata keçirilir. Qanunn çərçivəsində olan hər bir hərəkətə dövlətimizdə icazə var. Ancaq icazəsiz və sabitliyi pozmağa yönəlmiş hər bir hərəkətin qarşısı alınacaq. Azərbaycan xalqın qanı bahasına əldə olunmuş müstəqillik və sabitliyi heç kəsə güzəştə getmək fikrində deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə