YAP Nizami rayon təşkilatının gəncləri 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə bağlı internet aksiyası keçiriblər. Aksiyadan əvvəl "dəyirmi masa" təşkil olunub, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Vurğulanıb ki, bu gün respublikamızda insanların fundamental hüquq və azadlıqları yüksək səviyyədə qorunur.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb, İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramını təsdiq edib. Bu sənədlərə əsasən ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Bildirilib ki, 2006-cı il dekabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib. 2011-ci il dekabrın 27-də təsdiq olunmuş Milli Fəaliyyət Proqramı isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib.
Azərbaycan Konstitusiyasında, eləcə də, qanunvericilik səviyyəsində təsbit olunmuş hüquq və azadlıqlar vətəndaş cəmiyyətinin sürətli inkişafına, həmçinin, vətəndaş-dövlət münasibətlərinin keyfiyyətcə mükəmməlləşməsinə təkan verib.
Gənclər ictimaiyyəti narahat edən məsələlərə də toxunublar. Qeyd olunub ki, müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirən radikal müxalifət təmsilçiləri Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 milyondan artıq insanın vəziyyəti ilə bağlı deyil, yalnız korporativ maraqları naminə cəhdlər göstərirlər.
Müzakirələrdən sonra YAP Nizami rayon təşkilatının gəncləri müxtəlif beynəlxalq təşkilatların, insan hüquqları sahəsində ixtisaslaşmış təşkilatların və media qurumlarının elektron ünvanlarına Azərbaycanda hüquq və azadlıqların təmin və qorunması, həmçinin Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 milyondan artıq qaçqın və məcburi köçkünün vəziyyəti ilə bağlı materiallar göndəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB