Parlamentdə özəlləşdirilmə məsələləri yeni qanunvericiliklə tənzimlənəcək
Azərbaycanda mədəniyyət sahəsində özəlləşdirilmə məsələləri yeni qanunvericiliklə tənzimlənəcək. Milli Məclisdən SİA-ya verilən məlumata görə, "Mədəniyyət haqqında" hazırlanan yeni qanun layihəsində mədəniyyət sahəsinə aid obyektlərin özəlləşdirilməsi qaydası, şərtləri və özəlləşdirilmə sahəsində qadağalar əks olunacaq. Sənəddə qeyd olunur ki, özəlləşdirilən mədəniyyət obyektinin sahibi əmək kollektivi üzvlərinin ən azı bir il müddətində öz iş yerlərində saxlanılmasını təmin etməlidir. Özəlləşdirilmiş mədəniyyət obyektinin əsas fəaliyyəti mədəni sərvətlərin bərpası, qorunması və təbliği, mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərin göstərilməsi və bu xidmətlərin əhaliyə güzəştli şərtlərlə təqdim edilməsi olmalıdır.
Bununla belə layihədəki qadağalarla bağlı bildirilir ki, dövlət və bələdiyyə mülkiyyətində olan bir sıra obyektlərin özəlləşdirilməsinə icazə verilmir. Bunlar Azərbaycan milli mədəni irsinə aid olan obyektlər, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş obyektlər, dövlət və bələdiyyə mülkiyyətinə aid olan muzey, arxiv, kino, kitabxana, foto, arxiv və fondlarda saxlanılan maddi mədəniyyət obyektləri və binalar, təbii irsə aid obyektlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB