Misir prezidenti Məhəmməd Mursi Konstitusiya bəyannaməsinin ləğv etmək və yeni sənəd hazırlamaq qərarına gəlib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, bu haqda dövlət başçısının siyasi partiya liderləri ilə görüşündən sonra bildirilib.
Görüşdə qərara alınıb ki, yeni Konstitusiya bəyannaməsi hazırlansın. Yeni Konstitusiya deklarasiyası noyabrın 22-də qəbul olunan sənədi ləğv edir. Yeni deklarasiyaya əsasən ölkənin Əsas Qanunu referendumda qəbul olunmadığı təqdirdə üç ay ərzində yeni Konstitusiya komissiyası təşkil olunur. Bu komissiya 6 ay ərzində yeni Konstitusiya hazırlayır. Bu deklarasiyaya qarşı əvvəlki kimi, heç bir məhkəmə instansiyasında şikayət vermək mümkün olmayacaq. Konstitusiya ilə bağlı referendumun dekabrın 15-də keçirilməsi qərarı da qüvvədə qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB