İqtisadi inkişaf naziri Şahin Mustafayev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə səfir İranla Azərbaycan arasındakı nəqliyyat və ticarət mübadilələri, o cümlədən gömrük sahəsində yaranan bəzi problemlərə də toxunub.
Ş.Mustafayev isə bildirib ki, iki ölkə arasındakı münasibətlər tarixi, mədəni, dini və qonşuluq ortaqlıqlarına söykənərək inkişaf edir. Qeyd olunub ki, əməkdaşlığın inkişafı üçün xeyli zəmin mövcuddur: "İki ölkə arasındakı əməkdaşlıq müxtəlif iqtisadi sahələrdə də genişlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB