"Vahid namizəd məsləsinin müzakirəsi gülüncdür" AÇIQLAMA

"Vahid namizəd məsləsinin müzakirəsi gülüncdür" AÇIQLAMA

Seçkilərdə müxalifətin vahid namizədlə çıxış etməsi mümkün deyil. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, müxalifət nə qədər ki, şəxsi maraqları vətəndaşların maraqlarından üstün tutacaq onlar vahid namizədlə çıxış edə bilməyəcək.

"Sanki Azərbaycanda artıq qeyri-rəsmi olaraq prezident seçkisi ili başlayıb. Siyasi arena üçün darıxan və daha çox özlərini yenidən cəmiyyətə "sırımağa" çalışan müxalifət indiyə qədər iqtidarı vahid namizədi elan etməməkdə günahlandırırdı. Baxmayaraq ki, hakim partiyanın söz sahibləri olan şəxslər Yeni Azərbaycan Partiyasının vahid namizədinin indiki prezident İlham Əliyev olduğunu dəfələrlə bəyan etmişdilər. Müxalifət gəlincə isə nə qədər ki, bu məsələrdə bir-birlərini başa düşmür, öz aralarında "Üçüncü Dünya müharibəsi" aparır, buna görə də heç nəyə nail ola bilməyəcəklər. Müxalifət "saqqız" kimi bu məsləni o qədər çeynəyir ki, artıq seçkiqabağı onların danışacağı xülyalar heç kim üçün maraqlı görünmür. Çünki bu vaxta qədər onların danışacağı fikirləri olmayıb. Bütün bu səbəblərə görə, onların seçkidə qalib gəlmək şansları yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə