Əli Kərimli "zəhər" ittihamından yayınmağa çalışır

O Elçibəyin ölümündə indi də Təhmasib Novruzovu günahlandırır
Əli Kərimli "zəhər" ittihamından yayınmağa çalışır

Son vaxtlar medianın gündəmini zəbt etmiş mövzulardan biri də eks-prezident Əbülfəz Elçibəyin hələlik istintaq orqanlarına dəqiq məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən zəhərlənməsi iddiasıdır. SİA-nın verdiyi məlumata görə, Müasir Müsavat Partiyasının sədri, AXC-Müsavat hakimiyyəti dövründə yüksək vəzifə tutmuş və Elçibəyə yaxınlığı ilə seçilən Hafiz Hacıyevin hüquq-mühafizə orqanlarına eks-prezidentin zəhərlənməsi ilə bağlı ittiham ərizəsi göndərməsindən sonra başlanan cinayət işi araşdırılmaqla yanaşı siyasi arenanı da çalxalayıb. Artıq bir neçə şəxsin adı da hallanır. Amma daha çox adı çəkilən Elçibəyin həm dostu, həm yaxını, mərhum prezidentin "komsomol" deyə çağırdığı, eyni zamanda ona düşmən olduğu deyilən Əli Kərimlidir.

Bütün diqqət Əli Kərimlinin üzərində cəmləşdiyi bir vaxtda AXCP sədri bu məsəldə diqqəti özündən yayındırmaq üçün Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovu günahladırır. Bu böhtanlara cavab olaraq Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov Kütləvi İnformasiya Vasitələrində bəyanatla çıxış etmək qərarına gəlib.

Bəyantda deyilir: "Son vaxtlar Azərbaycan Xalq Cəbhəsinin "Yurd" qanadının rəhbəri Əli Kərimli növbəti provakasiyaya əl atmışdır. Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi üzrə cinayət işinin intensiv aparıldığı, Əli Kərimli bu cinayət işində əsas şübhəli şəxslərdən biri olmasının gündəmə gəldiyi bir zamanda ictimaiyyətin fikrini özündən uzaqlaşdırmaq üçün, bir dəfə deyil, bir neçə dəfə dələduzluq faktı üzrə məhkəmələr tərəfindən məhkum olunmuş, sosial bazalarının nüvəsini təşkil edən bir qrup fırıldaqçını öyrədərək mənə və rəhbərlik etdiyim təşkilata qarşı böhdan kompaniyasına start vermişdir. Mən, eləcə də rəhbərlik etdiyim təşkilat bütün bunları qətiyyətlə pisləyir və bu cür iyrənc metodlardan istifadə olunmasını siyasi əxlaq normalarına zidd dəyərləndirərək rədd edirik. Qeyd edirik ki, məlum böhtan yazılarla bağlı həmin yazıları hazırlayan fırıldaqçıların və onu, qarşı tərəfin fikrini öyrənmədən dərc edən mətbu orqanların fakt üzrə hüquqi müstəvidə cavab vermələri üçün hüquqi prossedura başlanmışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə