Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunu partiyanın mənzil qərargahında qəbul edib. Qurumdan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumundan razılıq ifadə olunub, ölkələrimiz arasında bərqərar olmuş yüksək əlaqələrin inkişaf perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB