Əli Kərimlinin praymeriz təklifi, seçkiyə vahid namizədlə qatılmaq ideyası cəmiyyətdə birmənalı qarşılanmadı. Əksər siyasətçilər, partiya funksionerləri də bu ideyanın əleyhinə çıxdılar. Məsələ ilə bağlı BQP sədri, millət vəkili Fazil Mustafanın da münasibətini öyrəndik.
SİA-ya açıqlamasında millət vəkili bildirdi ki, bu tamamilə mənasız təklifdir. Azərbaycanın ən böyük problemlərindən biri müxalifətçi cinahında olan liderlərin ideyası və durduğu nöqtədə qalmasıdır. Belə bir şeyi bugünki müxalifət imkanları ilə müəyyən etmək mümkün deyil. Tamamilə populist, mənasız bir çağırışdır. Daha çox hər kəs öz partiyasının lideri kimi seçkiyə qatılsa daha böyük fayda verə bilər".
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB