8 ölkədən biri - Azərbaycan

Brüsseldə Əfqanıstanda sülhməramlı əməliyyatlara dəstək qüvvələri ölkələrin xarici işlər nazirlərinin iclasında 2014-cü ildən sonra Əfqanistanda yeni NATO missiyasının yaradılması barədə qərar qəbul edilib. 8 ölkədən ibarət bu missiya üzvlərindən biri də Azərbaycandır. Bu barədə keçirilən brifinqdə jurnalistlərə məlumat verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullyayev ölkəmizin bu missiyaya daxil olmasına səbəb kimi bu sahədə böyük təcrübəyə malik olduğunu göstərib.

"Yeni missiyanın əsas vəzifələri məsləhət və yardımdan ibarətdir. Azərbaycan bu missiyada potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib. Və eyni zamanda gələcəkdə yeni missiyanın planlaşma prosesində də iştirak edəcək. Hərbi qüvvələr tərəfindən istifadə olunan, sülh məqsədinə yönəlmiş yüklərin daşınmasında Azərbaycan tranzit ölkə kimi əhəmiyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə