Partiya sədri Əli Kərimlinin cavabını verdi AÇIQLAMA

Partiya sədri Əli Kərimlinin cavabını verdi AÇIQLAMA

Müxalifət özünün məğlubiyyətini artıq indidən dərk edir. O, heç vaxt bir namizədlə barışa bimir əksinə çoxnamizədlilik tərəfdarıdır. Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli AXCP sədri Əli Kərimlinin prezident seçkiləri ilə əlaqədar söylədikləri absurd fikirlərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bunlar əsasən ona yanıb-tökülürlər ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan 2020: gələcəyə baxış" mövzulu beynəlxalq konfransda nəyə görə müxalifətin adını çəkməyib? Əgər kimsə onların keçmişdə etdiklərini bilməyərək müxalifət partiyasına üzv olursa bu o demək deyil ki, onlar prezident seçkilərində qalibiyyət əldə edəcəklər. İqtidar partiyasının heç bir xüsusi kompaniyaya ehtiyacı yoxdur".

T.Kərimli bildirib ki, hər bir kəs prezident İlham Əliyevi dəstəkləyir və onun yenidən ölkə başçısına namizəd görür: "Bunun üçün də nə köhnə, nə də təzə komandadan danışmaq yersizdir. İkincisi isə müxalifətə heç bir dəxli yoxdur ki, iqtidar partiyası hansı komanda ilə prezident seçkilərində təmsil olunacaq. Bunlar sadəcə, gözdən pərdə asaraq göstərməyə çalışırlar ki, guya iqtidar partiyası çox zəifləyib. Onların söylədiklərinin hər biri absurd fikirlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə