“Azərbaycan və Türkiyə arasında viza rejimi formal xarakter daşıyır”

“Azərbaycan və Türkiyə arasında viza rejimi formal xarakter daşıyır”

"Azərbaycan və Türkiyə arasında viza rejiminin birtərəfli qaydada tətbiqinin ləğvi ilə bağlı işlər davam etdirilir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov deyib. Onun sözlərinə görə, Türkiyə vətəndaşları Azərbaycana gedərkən viza rejiminin aradan qaldırılması Qəbələ görüşündə müzakirə olunub: "Azərbaycan və Türkiyə arasında olan birtərəfli viza rejiminin tətbiqi formal xarakter daşıyır. Qəbələdəki danışıqlarda bu istiqamətdə müəyyən addımların atılması barədə görüşlər keçirildi. Güman edirəm ki, Azərbaycan texniki baxımdan hazır olanda, bu məsələ həllini tapacaq".

Daha sonra Türkiyədə qarşılıqlı prinsip əsasında daşınmaz əmlakların alınıb-satılması haqqında yeni qanunların tətbiqinin qardaş ölkədə Azərbaycan vətəndaşlarının sayının artacağına təsir edəcəyini qeyd edən səfir yeni qanundan sonra azərbaycanlıların Türkiyədə mülkiyyət sahibi ola bildiyini qeyd edib.

O, hərbi sahədə Türkiyə və Azərbaycan arasında mühüm əməkdaşlığın mövcud olduğunu, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hərbiçilərimizin Türkiyədə təlim keçdiyini və hazırda onların yüksək rütbəli hərbiçilər olduqlarını nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə