“Postsovet məkanındakı inteqrasiya proseslərində yeni medianın rolu”
Rusiyanın "RİA Novasti" informasiya agentliyinin təşkilatçılığı ilə dekabrın 9-dan 12-dək Belarusun paytaxtı Minsk şəhərində "Postsovet məkanında inteqrasiya proseslərində yeni medianın rolu" mövzusunda forum keçiriləcək. SİA-nın məlumatına görə, forumda Baltikyanı ölkələrin media təşkilatlarının rəhbərləri ilə yanaşı Avropa və Asiya qitəsində fəaliyyət göstərən 200-dən artıq agentliyin nümayəndələri, siyasi xadimlər, tanınmış jurnalistlər və beynəlxalq media ekspertləri iştirak edəcəklər.
Forum çərçivəsində postsovet məkanında inteqrasiya prosesləri, internetin ictimai-siyasi həyatdakı yeri və rolu, yeni medianın cəmiyyətin ictimai həyatına təsiri, media quruluşlarının funksiyaları və bir sıra başqa məsələlər müzakirə olunacaq. Bununla belə forumun panellərində internet azadlığı, qloballaşan dünyada internet medianın fəaliyyət istiqamətləri, fərdlərin sosiallaşmasında sosial şəbəkələrin rolu kimi problemlər üzrə diskussiyalar aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB