Azərbaycan Milli Məclisinin deputatları Jalə Əliyeva və Qənirə Paşayeva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Avropa Parlamenti ilə birgə təşkil etdiyi "ATƏT regionunda qadın deputatlar üçün parlament strukturlarının möhkəmləndirilməsi" mövzusunda dekabrın 12-də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək konfransda iştirak edəcəklər. Milli Məclisdən SİA-ya verilən məlumata görə, tədbirin əsas məqsədi quruma üzv dövlətlərin qadın deputatları arasında təcrübə mübadiləsini genişləndirməkdir. Deputatlarımız bu sahədə parlament strukturlarının təsisi və inkişafına dair fikir mübadiləsi aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB