“Qalisiyanın üç hekayəsi” filmi təqdim olundu

“Qalisiyanın üç hekayəsi” filmi təqdim olundu

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Polşanın ölkəmizdəki səfirliyi ilə birgə "Qalisiyanın üç hekayəsi" sənədli filminin təqdimatı keçirilib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, adıgedən film Böyük Vətən müharibəsi dövründə Polşanın Qalisiya vilayətində yaşayan milliyətcə ukraynalı, yəhudi və polyak əhalinin həyat mübarizəsi və çətinlikləri, tarixi faktlar və sadə insanların yaşam ümidlərindən bəhs edir. Təqdimat mərasiminda iştirak edən Polşa, Avstriya, İsrail və Ukrayna səfirliklərinin rəsmiləri filmin əsas mahiyyəti və onun daşıdığı ideya haqda iştirakçılarına məlumat veriblər. Eyni zamanda çıxış edən ATGTİ-nin TGT-lərlə iş departamentinin direktoru Şəmsi Gülverdi mədəniyyət sahəsində müxtəlif ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu ATGTİ-nin Polşa Səfirliyi ilə ikitərəfli əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi ilk tədbirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə