Xəzər dənizi ilə bağlı konfrans keçiriləcək

Xəzər dənizi ilə bağlı konfrans keçiriləcək

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə Rusiyaya səfər edəcək. SİA-nın xarici mətbuata istinadən məluamtına görə, səfərdə əsas məqsəd Xəzər dənizi ilə bağlı keçiriləcək konfransda iştirak etməkdir.

Konfransda Xəzərin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyasına qoşulan dövlətlər iştirak edəcək. Dekabrın 10-da başlayacaq tədbir 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə