Nazirlər arasında siyasi məsləhətləşmələr aparılacaq

Nazirlər arasında siyasi məsləhətləşmələr aparılacaq

Bakıda dekabrın 7-də Azərbaycan-Fransa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılacaq. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Səfir qeyd edib ki, Fransa XİN-in MDB ölkləri ilə iş üzrə departamentinin rəhbəri Erik Fun ye Azərbaycana səfərə gələcək. XİN-lər arasında aparılacaq siyasi məsləhətləşmələrə Fransa tərəfindən Erik Funye Azərbaycan tərəfindən isə xarici işlər nazirinin müavini müavini Xələf Xələfov rəhbərlik edəcək. Danışıqlarda ikitərəfli məsələlərin bütün aspektlərinə toxunulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə