"2013-cü ilin aprelinədək Ukraynadan 35 vaqon təmir edilərək ölkəmizə gətiriləcək". SİA-nın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov bildirib.
İdarə sədrinin sözlərinə görə, "Azərbaycan Dəmir Yolları"na məxsus 50 ədəd sərnişin vaqonu istismar müddətinin başa çatması səbəbindən Ukraynanın Dnepropetrovsk şəhərindəki "Dneprovaqontəmirquraşdırma" ASC-də əsaslı təmirə göndərilib. 15 vaqon təmir edilərək paytaxta gətirilib və Bakı-Tbilisi istiqamətində xəttə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB