"Millət vəkili və bir azərbaycanlı vətəndaş olaraq Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərdən dərin məmuniyyət hisslərimi bildirirəm. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkili Mahir Dərziyev söyləyib.
Onun sözlərinə görə,Gürcüstanda 500 minə qədər azərbaycanlı vətəndaş yaşayır və orada yaşayan azərbaycanlı icması sayına görə gürcülərdən sonra gəlir: "Bizim hesablamalarımız görə, Azərbaycanda minlərlə gürcü əsilli insan yaşayır. Gürcüstanın yeni iqtidarının təmsilçisi olaraq baş nazir Bidzina İvanaşvili ilk çıxışlarında Azərbaycanla münasibətlər çox böyük önəm verdiyini vurğulayıb və münasibətləri daha da yaxşılaşması üçün əlindən gələni edəcəyinə söz verdib. Bu yaxında baş nazirin Azərbaycana səfəri gözlənilir. Hər iki ölkə münasibətlərini dərinləşdirmək üçün bir sıra layihələr mövcuddur. Mövcud problemləri ajiotaj yaratmadan, işguzar şəraitdə müzakir edib, onun həllinə çalışmaq lazımdır. Bu problemlərin həllindən sonra yeni layihələrə qol qoymaq lazımdır. Azərbaycan, Türkiyə və Gürcüstanın münasibətlərində ancaq yaxşıya doğru dəyişiklik ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB