"Serj Sarkisyan hakimiyyətdən getməlidir" EKSKLÜZİV - AÇIQLAMA

Ermənistanın işğalçılıq siyasətinə son qoyulmayınca Serj Sarkisyanın sərsəm bəyanatlar davam edəcək
"Serj Sarkisyan hakimiyyətdən getməlidir" EKSKLÜZİV - AÇIQLAMA

Serj Sarkisyandan bundan qeyri-ciddi bəyanat gözləmək olmazdı. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, erməni siyasətçilərindən hər cür bəyanatı gözləmək olar: "Bu gün dünyada mövcud olan dövlət başçıları içərisində Serj Sarkisyan ən savadsızıdır. Bu onun çıxışlarından da aydın sezilməkdədir. Bir xalq ki, başqa dövlətə məxsus abidələri qazaraq orda erməni dilində nə isə yazıb öz tarixini sübut etməyə çalışırsa, bu yalanlara təccüblənmək olmaz. Ümumən ermənlilər üçün siyasi mənada yalan danışmaq çətin deyil".

Şübhəsiz ki, S.Sarkisyan beynəlxalq hüquq normalarını bilmir, ya da o erməniliyindən istifadə edərək belə bəyanatlar verir, - deyən E.Mirzəbəyli hesab edir ki, Türkiyənin Ermənistana münasibətdə atdığı bütün addımları BMT-nin qətnamələrinə uyğundur. "Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Təbii ki, beynəlxalq hüquqa uyğun olaraq bu hüququn subyektləri işğalçılara qarşı konkret addımlar atmalıdır. Türkiyə yeganə dövlətdir ki, bu mövzuda prinsipial mövqeyini davam etdirir. Bundan başqa Pakistan Ermənistanı bir dövlət kimi tanımır, Özbəkistan MDB-yə daxil olsada öz səfirliyini açmayıb. Belə ölkələr var və bu ölkələrin sayı gündən günə artacağına ümid edirəm".

E.Mirzəbəyli deyir ki, S.Sarkisyan dünyada işğalçılıq siyasətinin necə qarşılandığını anlamalıdır. "İşğalla bağlı hansı beynəlxalq konvensiyalar var. Konvensiyalara uyğun olaraq hansı addımlar atılmalıdır. Bütün bunları nəzərə alsaq o hakimiyyətdən getməlidir. Bu gün dünya siyasəti elə qurulub ki, dünya hüquqla deyil, güclə idarə olunur. Ermənistandan da geosiyasi maraqlar üçün istifadə edən dövlətlər var. Onun verdiyi qondarma bəyanatlara da bunun üçün göz yumulur. Yalan və böhtan dolu çıxışlarına da heç bir fikir söylənilmir. Dünya dövlətləri Ermənistanın işğalçılıq siyasətinə son qoymayınca, regionda sülhə və əminamanlığa mane olduğunu başa düşməyincə erməni həyasızlığı və bəyanatları davam edəcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə