Bakı türkiyəli millət vəkilini heyran etdi

Bakı türkiyəli millət vəkilini heyran etdi

Necati Çətinkaya: "Bakı öz gözəlliyi ilə müasir Avropa şəhərlərindən birinə çevrilib"

"Mən 30 ildir ki, Bakını tanıyıram və buraya dəfələrlə gəlmişəm. Hər gəlişimdə də bu şəhərin inkişaf etdiyini, gözəlləşdiyini görürəm". SİA-nın verdiyi məlumata görə, bu sözləri AzərTAc-a Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasında iştirak etmiş Türkiyə Böyük Millət Məclisinin üzvü Necati Çətinkaya söyləyib.

N.Çətinkaya deyib: "Bakıda əsl inkişaf yaşanır. Fərəh hissi ilə deyə bilərəm ki, Bakı öz gözəlliyi ilə müasir Avropa şəhərlərindən birinə çevrilib. Bu sözün əsl mənasında möcüzədir".

Bütün xəbərlər Facebook səhifəmizdə