Prezident Portuqaliyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident Portuqaliyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev noyabrın 30-da Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul edib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanla Portuqaliyanın dost dövlətlər olduğunu vurğulayan səfir ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq aparılmasının önəmini vurğulayıb.

İkitərəfli münasibətin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən diplomat bu əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Öz növbəsində prezident İ. Əliyev Azərbaycanla Portuqaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı iqtisadi və digər sahələrdə əməkdaşlığı sürətləndirmək üçün böyük potensialın olduğunu deyib.

Prezident ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini məmnunluqla qeyd edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə