Latviyalı nazir Hafiz Paşayevlə görüşüb

Latviyalı nazir Hafiz Paşayevlə görüşüb

Bu gün Latviyanın baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasında olub. SİA-nın məlumatına görə, əvvəlcə qonaqlar ADA-nın yeni inşa olunmuş tədris mərkəzi ilə tanış olub. Daha sonra "Latviya, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıq: çətinliklər və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Konfransda V.Dombrovskislə yanaşı, ADA-nın rektoru Hafiz Paşayev, Latviya XİN-in siyasi direktoru Andres Pildegoviç və ADA-nın prorektoru Fariz İsmayılzadə çıxış ediblər. Tədbirdə Azərbaycanla Latviya arasında genişlənən əməkdaşlıq məsələləri müzakirə olunub həmçinin Latviyanın Avropa Birliyinə inteqrasiya üçün keçdiyi yol, təhsil mübadiləsi üzrə əməkdaşlıq proqramları haqqında danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə