Lavrov: "Suriyada silahlı qarşıdurmanın tərafdarı deyilik"

Lavrov: "Suriyada silahlı qarşıdurmanın tərafdarı deyilik"

Rusiya Xarici işlər Naziri Sergey Lavrov Suriyada baş verən hərbi qarşıdurmalara müdaxilə ediləcəyinin qeyri-mümkün olduğunu bildirib. SİA-nın Türkiyə mətbuatına istinadan verdiyi məlumata görə, Dəməşqlə hərbi və texniki sahədə əməkdaşlığın davam edəcəyini bildirən Lavrov Suriya daxilində hər hansı bir tərəfi dəstəkləməyəcəylərini qeyd edib.

Suriyaya digər dövlətlərin müdaxilə etməsinə qarşı olduqlarını bildirən nazir: "Birlikdə axan qanı dayandırmamız lazımdır. Tərəfləri müzakirə masasına oturtmalıyıq. Beləcə, Suriya xalqı öz gələcəyi ilə əlaqədar siyasi quruluşa özü qərar verməlidir", - deyib.

Lavrov həmçinin onuda qeyd edib ki,Suriyada yaşayan Rusiya vətəndaşlarının bir hissəsi ölkəyə qayıdıb,ancaq yenə də minlərlə Rus vətəndaşı Suriyada yaşamağı davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə