Qafar Əliyev: “Ermənilərlə görüşü xəyanət kimi qiymətləndirmirik”
"Ermənistanın uyğun təşkilatları ilə əlaqələr qurmalıyıq"
"Əgər biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıqsa, dövlət və qeyri-dövlət səviyyələrində Ermənistanın uyğun təşkilatları ilə əlaqələr qurmalıyıq". Bunu eksklüziv açıqlamasında Azərbaycanın Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektorunun müdiri Qafar Əliyev deyib.
Əvvəllər diaspor təşkilatları arasında belə əlaqələrin və müzakirələrin olduğunu xatırladan PA rəsmisi söyləyib ki, Ramil Səfərovun azadlığa buraxılmasından sonra Ermənistan Azərbaycanla hədə dilində danışmağa başlayıb: "Ermənistan tərəfinin bu cür mövqeyi sülh danışıqlarına mənfi təsir göstərir. Belə bir qeyri-sağlam mühit olduğu bir vaxtda "AzərRos" təşkilatının rəhbəri Söyün Sadıqov Ermənistan diaspor nümayəndələrilə görüşüb. Biz bu görüşü xəyanət kimi qiymətləndirmirik. Amma düşünürük ki, belə görüşlərdən öncə diaspor nümayəndələri Azərbaycanın aidiyyəti qurumları - səfirlik, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident Administrasiyası ilə məsləhətləşsinlər. Əks təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rəsmi Bakının mövqeyi zəifləyə bilər".
Vasif Həsənli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB