"Azərbaycan necə konstruktiv mövqe tutmur ki..."

"Azərbaycan necə konstruktiv mövqe tutmur ki..."

"Həmsədrlər sanki turizm səfərinə çıxıblar. Azərbaycan və Ermənistanı gəzib çıxıb gedirlər". Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov deyib.

Həmişə olduğu kimi bu dəfəki səfərdəndə heç nə gözləmək olmaz: "Sadəcə Azərbayacanın beynəlxalq təşkilatlar qarşısında sülhsevərlik missiyasının təsdiqi üçün bu danışıqların davam etdirilməsi vacibdir. Ancaq ATƏT-in Minsk qrupundan nə isə gözləmək əhəmiyyətsizdir".

Ermənistanin baş naziri Tiqran Sarqsyanın "İnterfaks" agentliyinə verdiyi müsahibəyə münasibət bildirən Təhmasib Novruzov deyib ki, o ilk növbədə öz ölkəsinin tarixini öyrənməlidir: "Tarixdə olan "Ərməniyyə" dövlətinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Onlar I Pyotrun tapşırığı ilə özlərini bu dövlətin varisləri kimi təqdim edərək Ermənistan dövlətini qurublar. Bu gün də bütün dünyaya yalan satmaqda davam edirlər. Biz bütün bunların dəflərlə şahidi olmuşuq. Onlar tutduqları səhv mövqeləri ört basdır etmək üçün qarşı tərəfə həmişə çamur atmaqla məşğuldurlar".

T.Sarqsyanın Azərbaycanı qeyri-konstruktivlikdə günahkandırmasına münasibət bildirən Təhmasib Novruzov deyib ki, Azərbaycan necə konstruktiv mövqe tutmur ki, 20 ildən artıqdır torpaqları işğal altındadır: "Bütün bunlara baxmayaraq, Azərbaycan buna dözür və sülh yolu ilə həll etməyə çalışır. Hesab edirəm ki, T. Sarqsyan və onun kimilərin fikirlərinə rəy bildirməyinə dəyməz. Ermənilərin sifəti artıq bütün dünyaya məlumdur. Xarici dövlətlərin ermənilərə dəstək verməsinin səbəbi Qafqazda xristiyan dövləti olan Ermənistanı qoruyub saxlamaq və onun məhvinin qarşısını almaqdır".

Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransında İrs partiyasının sədri Raffi Hovannasiyanın təxribat dolu çıxışına münasibət bildirən Təhmasib Novruzov hesab edir ki, bu çıxış R.Hovannasiyanın Ermənistan ictimaiyyətində özünü qəhrəman kimi təqdim etmək və prezidentlik yarışında özünə tərəfdar qazanmağa hesablanıb: "Hər zaman olduğu kimi erməni siyasətçilərin belə çıxışları onlara siyasi divident gətirib. Raffi Hovannasiyan da bu üsuldan istifadə etmək istəyirdi ancaq buna nail ola bilməyəcək".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə