Musa Qasımlı: "Azərbaycanın böhrandan kənarda qalması, dövlətimizin inkişafı bir çox ölkələrdə, müəyyən dairələrdə qısqanclıq yaradır"
Məlum olduğu kimi bəzi xarici dairələr Azərbaycan haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayır. Bu mənada Azərbaycanda guya siyasi məhbusların olduğunu deyən AŞPA məruzəçisi Kristofer Ştrasserin ölkəmizə qarşı mövqeyi qəbul edilməzdir.
Məsələ ilə bağlı millət vəkili Musa Qasımlı "Səs" qəzetinə açıqlamasında bildirib ki, belə hesabatların və fikirlərin heç bir əsası yoxdur: "Bəs, bu böhtanların səbəbləri nədir, haradan qaynaqlayır? Belə fikirlər Azərbaycana təzyiq etmək, nə isə qoparmaq və inkişafının qarşısını almaq məqsədi güdür. Bu gün Avropa ölkələri böhrandan əziyyət çəkdikləri, mitinqlər dalğası ölkələri bürüdüyü, büdcələrin dağıldığı bir zamanda Avropa ailəsinin üzvü olan Azərbaycanın böhrandan kənarda qalması, dövlətimizin inkişafı bir çox ölkələrdə, müəyyən dairələrdə qısqanclıq yaradır. Onlar özlərinə sual edirlər ki, necə olur ki, ərazilərinin bir hissəsi işğal altında qalmasına, məcburi köçkün və qaçqınların olmasına baxmayaraq Azərbaycan inkişaf edir. Buna görə də Azərbaycan haqqında müxtəlif mənfi fikirlər yaradırlar. Bu fikirlərin arxasında erməni diasporu və erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr dayanır.
Millət vəkili həmçinin siyasi məhbus məsələsinə də aydınlıq gətirib: "Azərbaycanda siyasi məhbus yoxdur. Onu müəyyənləşdirməyə çalışanlar bunu hansı meyarlarla etdiklərini özləri də bilmirlər. Hətta, qarışıqlıq yaradanların, hərcmərclik törədənlərin, qanunları pozanların radikal islamçı qruplaşma üzvlərinin siyasi məhbus adlandırılması gülüncdür və bu gerçəkliyi əks etdirmir".
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB