Yaxın gələcəkdə Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv olunması istiqamətində ciddi nəticələr əldə olunacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Türkiyə Böyük Milət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib.
O, Azərbaycan Prezidentinin bu barədə öz təlimat və tapşırıqlarını verdiyini də söyləyib.
"Artıq bu istiqamətdə işlər başlanıb. Ümid edirik ki, bu məsələ yaxın gələcəkdə öz müsbət həllini tapacaq", - Çiçək bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB