Əli Orucov: "ATƏT-in Minsk qrupu artıq tarix olub"

Əli Orucov: "ATƏT-in Minsk qrupu artıq tarix olub"

Azərbaycan reallıqlarını dünyaya təqdim etmək baxımından Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransının Bakıda keçirilməsi mühüm bir hadisədir. Bunu SİA-ya açıqlamasında Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.

Partiya təmsilçisi bildirib ki, Ermənistan nümayəndəsinin bu tədbirdə iştirak etməsini istəməzdim: "Əvvəlcədən məlum idi ki, Raffi Hovannisyan belə mötəbər tədbirdə təxribat törədəcək. Yəni o Bakıya bu məqsədlə gəlmişdi. Belə bir dövlətin nümayəndəsinin bu tədbirdə iştirakını istəməzdim. Ermənilər özlərini təcavüzkar niyyətlərini ört-basdır etmək üçün belə təxribat etməsi gözlənilən idi. Raffi Hovannisyan tədbirin mahiyyətini dəyişməyə çalışırdı, ona da nail ola bilmədi".

Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun heç bir naillliyət gözləmədiyini deyən Əli Orucov hesab edir ki, onlar missiyalarının nədən ibarət olduğundan xəbərsizdirlər: "Bu qurumda təmsil olunan ölkələrin hər biri Ermənistanla sıx əlaqədədir. Onların hər dəfə regiona səfəri heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, onların prezident İlham Əliyevlə görüşməsi sadəcə onun vaxtını almaqdan başqa bir şey deyil. ATƏT-in Minsk qrupu artıq tarixdir. Onun nə imkanları, nə də maraqları yoxdur ki, münaqişə həll olunsun".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə