"Müxalifətin vahid namizədi olsa belə seçkidə uduzacaq"

"Müxalifətin vahid namizədi olsa belə seçkidə uduzacaq"

Müxalifətin problemi vahid namizəd məsələsi deyil. Onlar seçkidə özlərini cəmiyyətə yeni simada təqdim etmək istəyirlər. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Müxalifətin vahid namizədi olsa belə onlar seçkidə uduzacaqlar. Müxalifətin hal hazırki gücü bunu deməyə bizə imkan verir: "Riçard Morningstarla görüşən müxalifət onun tənqidlərin məruz qalıb. Onlar da bu tənqidlərdən sonra onun tapşırıqlarını yerinə yetirmək qərarına gəliblər. Ancaq onların bir araya gəlib vahid namizəd irəli sürməsi mümkünsüzdür. Onların daxilində o qədər ambisiyalı adamlar var ki, birləşmələri mümkün deyil. Necə hakimiyyətə gəlmək istəyirlər ki, Azərbaycan dövləti üçün etmək istədikləri məsələdə bir araya gələ bilmirlər. Hesab edirəm ki, ATƏT ərazi bütövlüyümüzü bərpa edəndə müxalifət də hakimiyyətə gələcək".

Vahid namizəd məsələsinə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü deyib ki, müxalifətin vahid namizəd məsələsində bir araya gəlməsi mümkün deyil: "Müxalifət zamanında o qədər bir-birlərini çamurlayıb ki, bu gün heç bir məsələdə bir ara gələ bilmirlər. Burda psixoloji bariyeri aşmaq mümkünsüzdür. Bir çox xarici qüvvələr deyir ki, müxalifət bir araya gəlməlidir. Ancaq onlar bir araya gəlməyin özündə də bir prespektiv görmürlər. Ona görə də bütün bunlar qısa müddətli hədəflər üçün nəzərdə tutulub".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə