"Hesab edirəm ki, prezident seçkiləri ilə əlaqədar olaraq ATƏT-in Minsk qrupu həmsədlərinin regiona səfərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı irəliləyiş gözlənilmir". SİA-nın xəbərinə görə, bunu Millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, 2013-cü ilin fevralında Ermənistanda prezident seçkiləri keçiriləcək. Belə olan təqdirdə kifayət qədər ağır münasibətin, sosial böhranın mövcud olduğu Ermənistanda Serj Sarkisyan rejimi tərəfindən hazırkı dönəmdə Dağlıq Qarabağın güzəştə gedilməsi sadəcə həmin ölkə üçün ölümə bərabər olar: "Bu mənada hesab edirəm ki, danışıqlar prosesi seçkilərlə əlaqədar imitasiya formasında saxlanılacaq. Ondan sonrakı zamanlarda isə hər hansı yeni modellər, təkliflər irəli sürülə bilər"?
Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovanisyanın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasındakı qalmaqallı çıxışına da münasibət bildirən Z.Oruc deyib ki, Azərbaycan kimi inkişaf etmiş bir dövlətdə Raffi Hovanisyanın reallığa, həqiqətlərə göz yumaraq xarici ölkələrdəki hərəkətlərini eynilə bizim ölkədə təkrarlaması yalnız və yalnız Ermənistan dövlətinin ziyanına gətirib çıxaracaq: "Vaxtilə R.Hovanisyan Serj Sarkisyan rejimi əleyhinə müxalif platformanı daşıyan əsas simalardan biri idi. Hesab edirəm ki, Azərbaycan xalqı nə Ermənistan iqtidarından, nə də müxalifətindən bir sülh gözləməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB