Ramin Məmmədov: "İCAPP Gənclər Forumunun Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir"
"Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Bu baxımdan, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Forumunun Bakıda keçirilməsi haqqında qərar da partiyamızın nüfuzunun göstəricisidir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Gənclər Birliyinin sədr müavini, İCAPP-ın gənclər təşkilatının vitse-prezidenti Ramin Məmmədov deyib.
R.Məmmədov bildirib ki, sözügedən təşkilatın Gənclər Forumu 2013-cü ilin birinci yarısında Bakı şəhərində keçiriləcək. Onun sözlərinə görə, belə bir təşəbbüs İCAPP-ın Bakıda keçirilmiş VII Baş Assambleyası zamanı YAP tərəfindən irəli sürülüb və təşkilat bu təşəbbüsü müsbət dəyərləndirib.
"YAP-ın Gənclər Birliyi də beynəlxalq əlaqələrini genişləndirir. Partiyamızın rəhbərliyinin dəstəyi ilə gənclərimiz bir sıra ölkələrin partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edirlər. Artıq ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər də intensiv xarakter alıb. Eləcə də, partiyamızın Gənclər Birliyi beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bu baxımdan, İCAPP Gənclər Forumunun Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir"- deyə, YAP Gənclər Birliyinin sədr müavini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB