AŞPA həmməruzəçisi də gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb. SİA-nın aldığı məlumata görə, həmməruzəçi səfər çərçivəsində Azərbaycan prezidenti, Milli Məclisin sədri, XİN və DİN başçıları, ədliyyə naziri, Ali Məhkəmənin sədri, baş prokuror, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və QHT nümayəndələri ilə görüşlər keçirəcək.

Səfərin sonunda Pedro Aqramunt mətbuat konfransı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə