Aydın Mirzəzadə: "Raffi Hovanisyan torpaqlarımızın işğalında birbaşa məsuliyyət daşıyır" EKSKLÜZİV
Raffi Hovanisyan Azərbaycan torpaqlarının işğalında bir başa məsuliyyət daşıyan şəxsdir. Xarici İşlər naziri olduğu 1995-1998-ci illərdə R.Hovanisyan Dağlıq Qarabağla bağlı situasiyanın dərinləşməsində bir başa məsuliyyət fiqurdur. Bunu SİA açıqalamsında millət vəkili Aydın Mirzəzadə deyib.
Raffi Hovanisyan Ermənistan siyasətində iddialı siyasətçilərdən biridir. "Onun Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransında iştirakı tədbirdə provakasiya törətmək istəyi ilə bağlıdır. Heç bir diplomatik protakollarda bu cür hərəkətlər etmək nəzərdə tutulmayıb. Ancaq o, heç bir etika görməmiş, heç bir diplomatik savadı olmayan "küçə adamı" kimi hərəkət etdi. Normal polimikaya girmək əvəzinə təhqirə, böhtana və tədbiri pozmağa yönəlmiş addımlar atdı. Hesab edirəm ki, bunların hamısı əvvəlcədən düşünülmüş məsələdir. Ancaq Azərbaycan tərəfi və digər ölkələrdən olan siyasi partiyaların nümayəndələri R.Hivanisyana çox tutarlı cavab verdilər. Ən tutarlı cavab isə Azərbaycanın bu günki inkişafıdır".
Ermənistanın Sovet dövründəki vəziyyətdən çıxa bilmədiyini deyən millət vəkili heasb edir ki, İrəvandan gələn siyasətçilər inkişaf etmiş Avropa və Asiya şəhərini görəndə qısqanclıqlarını gizlədə bilmirlər. "Bütün dünya Azərbaycana dəstək verir. Burda maraqlı məqam budur ki, torpaq işğal etmiş ölkənin inkişafı işğala məruz qalan ölkənin inkişafından geri qalır. 20 il bundan öncədə Ermənistanın büdcəsi 2 milyard idi. İndidə bu rəqəm eynidir. Ancaq Azərbaycanın büdcəsi 25 milyard dollar, valyuta ehtiyatı isə 50 milyard dollardır".
Millət vəkili deyir ki, Raffi Hovanisyan öz ölkəsinə Azərbaycanın Dağlıq Qarabağ məsələsində heç vaxt güzəştə getməyəcəyi təəssüratı ilə getdi.
ATƏT-in Minsk qrupunun regiona növbəti səfərinə də toxunan millət vəkili bildirdi ki, ən pis diplomatiya ən yaxşı müharibədən yaxşıdır: "Tərəflərin vaxtaşırı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəsi ilə görüşməsinin özü azacıq da olsa münaqişənin diplomatik yolla həllinə köməklik göstərir.Həmsədrlərin bu dəfə ki səfəri, əvvəlkilərdən vaxt etibarı ilə daha uzundur. Düşünürəm ki, onlar bu səfər çərçivəsində Parisdə təqdim etdikləri yeni təkliflərin müzakirəsini aparacaqlar. Bununla belə həmsədrlər birmənalı şəkildə bilməlidirlər ki, Azərbaycan işğal olunmuş torpaqlarını heç bir zaman güzəştə getməyəcək. Ermənistanın isə ərazi bütövlüyümüzə hörmətlə yanaşmaqdan başqa çıxış yolu yoxdur".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB