Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərargahında YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov Sudan Prezidentinin köməkçisi Nafi Əli Nafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edən Əli Əhmədov həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.
"Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirakınıza görə sizə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, Afrika ölkəsinin bir nümayəndəsi kimi burada iştirakınız əlaqələrimizi daha da inkişaf etdirəcək. YAP günü-gündən beynəlxalq əlaqələrini genişləndirir. Azərbaycan çox maraqlı bir regionda (Avropa və Asiya) yerləşir. Partiyaların əməkdaşlığında siyasi əlaqələr xüsusilə önəmlidir. YAP 20 il bundan əvvəl yaranmış gənc bir partiyadır, amma fəaliyyətə başladığı andan etibarən qarşısına başlıca vəzifə kimi bütün istiqamətlərdə əlaqələrini genişləndirməyi qoyub. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Ölkədə yoxsulluğun səviyyəsi 7-8 il ərzində xeyli dərəcədə aşağı düşüb".
Sudan Prezidentinin köməkçisi Nafi Əli Nafi isə ölkəsinə göstərdiyi dəstəyə görə, Azərbaycana təşəkkür edib və iki ölkə arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb: "Sizin ölkənizdə və İCAP-ın forumunda iştirakımıza görə, Azərbaycan milli məclisinin deputatı Asəf Hacıyevə dərin minnətdarlığımızı bildirik. Bizim bu səfərdə də əsas məqsədimiz hakim partiyalar arasında əlaqələrin genişləndirilməsi idi. Biz bu səfərimiz çərçivəsində Azərbaycanda böyük inkişafın və əhalinin həyat şəraitinin yüksək səviyyədə olduğunun şahidi olduq. Sudanda 17 ölkə vardır ki, onların da hər birində bizim nümayəndələr təmsil olunur. Ümumilikdə bizim partiyanın Sudanda 24 məntəqəsi var. Biz istəyirik ki, hər iki ölkə, partiya arasında iqtisadi, xarici əlaqələri daha da genişləndirilsin. Məhz buna görə də səfərdə digər məqsədimiz hər iki partiya arasında təcrübə mübadiləsinin, böhranlı vəziyyətdən hansı yollarla çıxmağın metodlarının birgə müzakirəsidir".
Görüşün sonunda Nafi Əli Nafi YAP-ın sədr müavini Əli Əhmədovu ölkəsinə rəsmi səfərə dəvət edib.

.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB