Türkiyənin 8-ci prezidenti Turqut Özalın cəsədindən alınan nümunələrdə dörd zəhərli maddənin olduğu aşkarlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmə tibbi ekspertizasının apardığı araşdırmada eks-prezidentin bədənində DDT (zəhər), Kadmium (ağır metal), Amerikum və Polonium (radioaktiv maddə) aşkarlanıb. Araşdrımalar zamanı o da məlum olub ki, eks-prezidentin bədənində DDT maddəsi nəzərdə tutulandan 10 dəfə çox olub.
Mütəxəssislərin bildirdiyinə görə, DDT bədənə çox miqdarda qəbul ediləndə şok və ani ölümə səbəb olur. Böcək zəhərinin T.Özala maye və ya bərk qida maddələri ilə birlikdə verildiyi bildirilir. Zəhər özünü qusma, ishal, tər, tənəffüs çətinliyi, nəbz artımı, əzələlərdə zəifləmələr, sıxılmalar şəklində göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB