İran parlamentinin spikeri Əli Ləricani Türkiyə hökumətinin Suriya ilə sərhədlərinə Patriot sistemlərinin yerləşdirilməsi ilə bağlı Şimali Atlantika Müqavilə Təşkilatına müraciət etməsini tənqid edib. SİA-nın məlumatına görə, Livana səfəri çərçivəsində Türkiyə ilə İran ararsında olan münasibətlərə də toxunan Ləricani iki ölkənin münasibətlərində boşluqların olduğunu və bu boşluqların aradan qaldırılması üçün İran hökumətinin diplomatik cəhdlərini artırdığını bildirib.
"Suriya məsələsində İranla qardaş Türkiyə arasında çoxlu sayda fərqliliklər var. Biz bu fərqlilikləri aradan qaldırmaq və böhranın həllində ümumi razılığa nail olmaq üçün müxtəlif siyasi addımlar atırıq. Nəzərə almaq lazımdır ki, Suriya ilə sərhəd bölgəsinə Patriot raketlərinin yerləşdirilməsi ilə bu məsələ həll olunan deyil. İran qətiyyən Suriyaya qarşı hərbi müdaxilələrə qarşıdır və demokratiyanın təmin edilməsi üçün siyasi dialoqların keçirilməsini dəstəkləyir", - deyə Ləricani sözlərini ifadə edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə çıxışı zamanı Suriya ilə sərhəd bölgələrinə yerləşdirilən Patriot sisteminin hücum məqsədli deyil, ölkənin müdafiəsi üçün nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bununla bağlı qərar, ölkənin NATO tərəfdaşlığı çərçivəsində qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB