Azərbaycan, Türkiyə və İran Xaric İşlər nazirlərinin növbəti üçtərəfli görüşünün yeri və vaxtı məlum olub. SİA-nın məlumatına görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi, Azərbaycanın xarici işlər Elmar Məmmədyarov və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu noyabrın 28-də Türkiyənin Ərzurum şəhərində görüşəcəklər. Görüşdə əsasən regional məsələlər müzakirə ediləcək.
Məlumat üçün bildirək ki, İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB