Mübariz Qurbanlı: "Raffi Hovannisyanın planları məhv oldu" EKSKLÜZİV

Mübariz Qurbanlı: "Raffi Hovannisyanın planları məhv oldu" EKSKLÜZİV

Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovanisyanın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransda iştirakı Azərbaycanın dəvəti ilə deyildi. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanın "İrs" partiyasının sədrinin Azərbaycanın əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edib ki, Azərbaycan bu konfransın ev sahibidir və ölkəmizə konfransda iştirak etmək üçün 35 ölkədən 200-ə yaxın nümayəndə gəlib: "Bu konfransa dəvət olunaları İCAPP-ın Seulda yerləşən təşkilat komitəsi həyata keçirir. Ermənistanda bu qurumun üzvüdür. Bu ölkədən bir neçə siyasi partiya konfransa dəvətli olsa da, yalnız "İrs" partiyasından Raffi Hovanisyan gəlib. R.Hovanisyanın bu konfransdakı çıxışı 1987-1988-ci illərdə erməni millətçilərinin Yerevanda yerləşən Teatr meydanındakı çıxışının eyni idi. Bu hadisələrdən 25 il ötsədə R.Hovanisyanın təfəkkürü eyni səviyyədə qalıbdır. Onun konfransdakı çıxışı tam fitnəkardır. Onun çıxışının əsas qayəsini ermənilərin yalanı, işğala bəraət qazandırmaq cəhdi, eyni zamanda da erməni millətçiliyinin, vəhşiliyinin və separatizminin sözlə təzahürü idi. R.Hovanisyanın buradakı tezislərini təkrarlamağa ehtiyac yoxdur. Bu erməni millətçilərinin Türkiyəyə və Azərbaycana ərzi iddialarının təkrarı idi".

Həmçinin millət vəkili hesab edir ki, R.Hovanisyan ölkəsindəki siyasi və iqtisadi durumdan istifadə edərək özünü erməni ictimaiyyətinə "qəhraman" kimi göstərmək istəyir. "Ermınistanın keçmiş XİN başçısı istəyinə nail ola bilmədi. Çünki, onun bu çıxışı həm bizim tərəfimizdən, həm xarici qonaqlar tərəfindən, həm də mətbuat tərəfindən təxribatçı bir addım kimi qiymətləndirildi. Bu çıxış müəyyən nümayəndələrin çıxışlarında, həmçinin Azərbaycanın iqtidar və müxalifət partiya təmsilçilərinin çıxışında bu qətiyyətlə pislənildi. Bu çıxışlarda Azərbaycanın ədalətli mövqeyi bir daha iştirakçıların diqqətinə çatdırıldı. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakı Bəyannaməsini qəbul etməyi bir daha sübut etdi ki, R.Hovanisyan öz istəklərinə çatmadı".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə